Yan zərər
Yan zərər, əlavə zərər, təsadüfi zərər və ya digər zərər – hər hansısa bir fəaliyyətin nəticəsində və ya təsadüfi nəticəsi olaraq hər hansısa ölüm, xəsarət və ya digər zərərlərə verilən addır. Əvvəlcə hərbi əməliyyatlar baxımından istifadə edilmiş, hal-hazırda isə qeyri-hərbi kontekstlərdə də istifadə olunur.
1970-ci illərdə dəqiqliklə idarə olunan sursatların inkişafından bəri, hərbi qüvvələr müntəzəm olaraq yan zərərləri minimuma endirmək üçün böyük səylər göstərdiklərini iddia edirlər.
“Yan zərər” termininin istifadəsini tənqid edənlər bunun müharibə zamanı öldürülən və ya yaralanan əsgərlərdən əlavə olan qeyri-hərbi itkilərin qarşısının alına bilinməməsinə görə istifadə olunan evfemizm kimi görürlər.